Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Manat 10% bahalaşıb, büdcədə artıqlıq yaranıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Manat 10% bahalaşıb, büdcədə artıqlıq yaranıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib.


Bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.

Reklam_3_11


"Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb", -  nazir deyib.


S.Şərifov qeyd edib ki, bu ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: "Azərbaycanda iqtisadiyyatın resessiya tempi bir il ərzində 3,9 faizdən 0,6 faizədək azalıb. Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, ÜDM-nin 1,2 faizi qədər   profisit (artıqlıq) əldə olunub".

 

Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycanın qeyri-neft sektoru da 2,5 faiz artıb: “Qeyri-neft ixracının stimullaşdırılması nəticəsində xarici ticarət balansında 4,4 milyard dollar həcmində müsbət saldo yaranıb”.

 

Qeyd edək ki, rəsmi olaraq Manat Dollar qarşısında 11,4% möhkəmlənib. Fevralın əvvəli rəsmi məzənnə 1.92 səviyyəsinə qalxmışdı.

 

© Report, Trend

21.11.2017 10:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ