Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Sığorta bazarında ödənişlərin 59%-ni 3 şirkət həyata keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarında ödənişlərin 59%-ni 3 şirkət həyata keçirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyata keçirilmiş 204,637 milyon manatlıq sığorta ödənişlərinin 59%-i və yaxud 120,84 milyon manatı 3 sığorta şirkətinin payına düşüb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabata görə, "Atəşgah Həyat Sığorta", "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" şirkətləridir.

 

10 ay ərzində adları çəkilən sığortaçılar müvafiq olaraq 41,02 milyon manat (20%), 39,974 milyon manat (19,5%) və 39,846 milyon manat (19,5%) ödəniş ediblər.

 

21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (8 min manat), "Amrah Sığorta" (58 min manat), "Bakı Sığorta" (232 min manat), "Qala Sığorta" (267 min manat), "Rəvan Sığorta (471 min manat) və "Günay Sığorta" (832 min manat) şirkətləridir. Bu şirkətlərin ümumi ödənişləri 1,868 milyon manat təşkil edib ki, bu da cəmi 0,9%-lik pay deməkdir.

 

Qalan 12 sığorta şirkətinin ödənişləri isə 1-15 milyon manat arasında dəyişir və onların payı 81,929 milyon manat və yaxud 40,1%-dir.  

 

© "Renkinq"

21.11.2017 11:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ