Ən yuxarı (mobil)-2_30

108 milyard dollarlıq birləşmə təhlükədə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
108 milyard dollarlıq birləşmə təhlükədə!

ABŞ-ın Ədliyyə Nazirliyi, ölkənin ən böyük telekommunikasiya və əyləncə şirkətləri AT&T və Time Warner-ın birləşməsinin "rəqabət və yaradıcılığı azaldıb, qiymətləri qaldıracağı" səbəbilə Vaşinqton Federal Məhkəməsində inhisar əleyhinə iddia qaldırıb.


 
"Marja" xəbər verir ki, Nazirlik tərəfindən verilən açıqlamada, ölkə tarixindəki ən böyük birləşmələrdən biri olacaq 108 milyard dollarlıq satınalmanın "qanunları pozacağı" qeyd edilib.


 
Bundan başqa açıqlamada, ABŞ Ədliyyə nazirinin müavini Makan Delrahimin, "Bu birləşmə Amerikalı istehlakçılara böyük zərər vuracaq. Daha yüksək aylıq televiziya abunə haqları və istehlakçıların kef aldığı yeni yaradıcı variantların azalması mənasına gəlir" ifadələrinə yer verilib.
 

Ədliyyə Nazirliyi, təxminən iki həftə əvvəl AT&T şirkətinə Time Warner-ı satın almasına, ancaq CNN, CNN International, TNT, TBS və HBO kimi kanalları əhatə edən Turner Broadcasting-in ya da DirecTV-ni satılması halında icazə veriləcəyini bildirmişdi. Turner Broadcasting Time Warner-ın, Directv isə AT&T-nin tərkibində fəaliyyət göstərir.

21.11.2017 11:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ