Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bankın sədrindən ekspertlərə cavab

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın sədrindən ekspertlərə cavab

"2017-ci ildə monetar şərait əsasən fiskal və bank sektorun likvidliyə olan ehtiyacların təsiri altında formalaşıb".

 

Reklam_3_11

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
 


Onun sözlərinə görə, 2017-ci ilin ötən dövrü ərzində manatla pul bazası 11%-dən çox artıb, qeyri-neft sektorunda isə iqtisadi artım isə son 10 ayda 2,1% təşkil edib.


 
E.Rüstəmov ekspertlərin ölkədə pul kütləsinin azalması ilə bağlı fikirlərinə də münasibət bildirib:

 

"Belə bir vəziyyətdə bəzən ekspert icmasında iqtisadiyyatda pulun çatışmaması və bunun makroiqtisadi inkişafa mənfi təsir göstərməsi barədə fikirlər səsləndirilir. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, Mərkəzi Bank iqtisadiyyatın, ödəniş sisteminin, ilk növbədə büdcə sisteminin fasiləsiz çalışması üçün iqtisadiyyata kifayət qədər pul verir. Digər tərəfdən hazırda bank aktivlərinin təxminən 20%-dən çoxunu likvid aktiv təşkil edir. Biz kredit aktivliyinin yüksəlməsini müşahidə etmirik. Mərkəzi Bank bütövlükdə likvidliyin verilməsi, bütün pəncərə, yəni sterilizasiya alətlərini daim aktiv saxlayır. Cari ildə kreditlərin verilməsi ilə bağlı heç bir müraciət edilməyib. Lakin Mərkəzi Bankın sterilizasiya alətlərinə tələb yüksəkdir. İlin ötən dövründə həm Mərkəzi Bankın, həm də Maliyyə Nazirliyinin maliyyə alətlərinə müraciətlərində tələb təklifi təxminən 3 dəfə üstələyib".

 

© APA

21.11.2017 12:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ