Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"İqtisadiyyatın cari neft qiymətlərinə uyğunlaşması başa çatıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İqtisadiyyatın cari neft qiymətlərinə uyğunlaşması başa çatıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Mərkəzi Bank konservativ antiinflyasiya xarakterli pul siyasəti yürüdür".


 
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.


 
Onun sözlərinə görə, inflyasiyanın faktiki səviyyəsi nəzərə alınaraq milli valyutada yığımların dəstəklənməsi üçün cari ildə Mərkəzi Bank uçot dərəcəsini dəyişdirməyib.

 

"Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin 10 ayında orta illik inflyasiya 13,7% təşkil edib. Qeyd olunan konservativ monetar şərait çərçivəsində bunun başlıca səbəbləri xərc inflyasiyası ilə bağlıdır. Dövr ərzində qiymətlərin dinamikası, inflyasiya idxalı, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, inflyasiya gözləntiləri və ayrı-ayrı məhsul qrupları üzrə təklifin həcmi kimi amillərin təsiri altında dəyişib. Aparılmış təhlillər göstərir ki, inflyasiyanı əsasən qeyri-monetar amillər şərtləndirir. İnflyasiyanın xarici amilləri dəyişkən və dinamik olaraq qalır. Son ayda bəzi ərzaq məhsulları üzrə qiymətlərin yenidən yüksəlməsi inflyasiyanın azalmasına mane olub. Ziyad Səmədzadə qeyd etdi ki, başqa ölkələrdə inflyasiya səviyyəsi aşağıdır. Buna cavab olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan və digər ölkələr iqtisadi tsiklin ayrı mərhələlərindədir. Burada təxminən valyuta korreksiyası, inflyasiyanın yüksəlməsi başqa bir fazadadır, qonşu ölkələrdə bu fazada deyillər. Biz bilirik ki, dünyada ərzaq məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə artıb. Analizlər göstərir ki, qiymət artımı təkcə bitkiçilik məhsulları üzrə deyil, həm də heyvandarlıq məhsulları ilə birlikdə baş verib. Belə bir şəraitdə bu fazada biz bu il də inflyasiyanın yüksək proqnozlaşdırırdıq", - deyə baş bankir vurğulayıb.


 
E.Rüstəmov əlavə edib ki, bütövlükdə mövcud şəraitdə, xarici və daxili şərtlərdə milli iqtisadiyyatın cari neft qiymətlərinə uyğunlaşması başa çatıb. Onun sözlərinə görə, ölkəyə idxal kritik azaldılıb, büdcə məqsədləri üçün istifadə edilən neft gəlirlərinin səviyyəsi optimallaşdırılıb, strateji valyuta ehtiyatlarına düşən təzyiq azaldılıb.

 

"O cümlədən milli valyutanın xarici dəyəri, məzənnəsi sabitləşib və ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın ilkin əsasları yaradılıb", - deyə sədr bildirib.

 

© APA

21.11.2017 12:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ