Venesuela 100 bolivarlık banknotunu dövriyyədən çıxardır
İqtisadi böhranla mübarizə aparan Venesuela, ən geniş istifadə edilən əskinası 100 Venesuela bolivarını dövriyyədən çıxardacağını açıqlayıb.
Prezident Nikola Maduro, Kolumbiya sərhədində qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə 2 ABŞ cent-i dəyərindəki 100 bolivarlık əskinasları çərşənbə gününə qədər dövriyyədən qaldıracaqlarını və xırda pullarla əvəz edəcəklərini bildirib.
Maduro, qaçaqmalçıların həmin əskinasları əldən çıxarmaq üçün vaxtları qalmayacağını və xaricdə öz saxtakarlıqlarında boğulacaqlarını deyib.
Müxalifət partiyaları isə hökumətin qərarına reaksiya göstərərək xalqın hazırda pul çıxartmaq üçün ATM-lərin və bankların qarşısında uzun növbələr yaratdığını və əskinasları dəyişdirmək üçün verilən 72 saatın kifayət olmadığını qeyd edib.
Venesuela, pul vahidində baş verən böyük dəyər itkisi səbəbilə 15 Dekabrdan etibarən istifadə edilmək üçün 6 yeni əskinasın dövriyyəyə daxil olacağı bildirilmişdi.
İqtisadi böhran və hökumət əleyhinə nümayişlərə səhnə olan neft zəngini Venesuelada, xalq, saatlar çəkən elektrik enerjisi fasilələri, dərman və əsas ərzaq məhsullarının çatışmazlığı səbəbilə çətinlik çəkir.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, inflyasiya rəqəmlərinin 2017-də 4 xanalı rəqəmlərə çatmasının gözlənildiyi ölkədə, hökumət, 2015-dən bu yana göstəriciləri açıqlamır.
Nağd pul çətinliyinin baş verdiyi ölkədə, ATM-lərdən yalnız çox aşağı məbləğdə pul çıxartmaq mümkündür
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
10 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
10 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
11 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 11 saat əvvəl