Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"İnflyasiya birrəqəmli, iqtisadi artım müsbət olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnflyasiya birrəqəmli, iqtisadi artım müsbət olacaq"

"Sistemli islahatların davam etdirilməsi, bank sektorunun sağlamlaşdırılması və valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, makroiqtisadi sabitliyə təhdid yaradan xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülməklə, növbəti ildə inflyasiyanın birrəqəmli, iqtisadi artımın isə müsbət olması proqnozlaşdırılıb". 

 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

"Qeyd edilənlər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2018-ci ildə ÜDM-in 1,5%, növbəti illərdə isə orta hesabla 3,5% artacağı proqnozlaşdırılır", - deyə o vurğulayıb.

 

Nazir deyib ki, cari ildəki kimi növbəti ildə də tədiyyə balansının cari hesabının müsbət olacağı (1,4 mlrd. dollar) proqnozlaşdırılır.


"Gələn il hasilatın enməsi nəticəsində neft sektorunun 1% azalacağı, neft-qaz hasilatının, xüsusilə "Şahdəniz" yatağında qaz hasilatının artması nəticəsində növbəti illərdə orta hesabla 5%-ə yaxın artım gözlənilir. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni tarixi sazişin imzalanması, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 15,9 mlrd. manat, xarici investisiyaların 7,7 mlrd. manat, daxili investisiyaların 8,2 mlrd. manat olacağı proqnozlaşdırılır. Neft sektoruna 6,4 mlrd. manat, qeyri-neft sektoruna isə 9,5 mlrd. manat investisiya yatırılacağı gözlənilir. 2018-ci ildə dövlət investisiya xərcləri 4,9 mlrd. manat olmaqla əsasən ölkə üçün əhəmiyyətli olan infrastruktur layihələrinin, o cümlədən  dəmir yollarının, magistral avtomobil yollarının, rayonlararası və kənd yollarının təmir-tikintisi və yenidən qurulması işlərinin aparılmasına, içməli su və kanalizasiya, qazlaşdırma, meliorasiya və su təsərrüfatı, təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi və sosial təminatı layihələrinin icrasına yönəldiləcək", - deyə qurum rəhbəri bildirib.


 
Ş.Mustafayev əlavə edib ki, mühüm sosial əhəmiyyət kəsb edən və tikinti sektorunun inkişafına təkan verən ipoteka kreditləşməsi növbəti illərdə  genişləndiriləcək, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sosial mənzillərin tikilməsi aztəminatlı və gənc ailələrin mənzil probleminin həllinə, həmçinin məşğulluğa töhfə verəcək. Bu məqsədlər üçün 2018-ci ilin dövlət büdcəsində 250 mln. manat nəzərdə tutulub.

 

© APA

21.11.2017 12:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ