Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Dövlətin “Bank Standard”dakı pulunu əvvəl götürməsində qeyri-adi heç nə yoxdur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dövlətin “Bank Standard”dakı pulunu əvvəl götürməsində qeyri-adi heç nə yoxdur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) ləğv prosesində olan “Bank Standard” QSC-dəki pulunun növbədənkənar verilməsi məsələsinə münasibət bildirib.


O, bu barədə Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında danışıb.


ADIF rəsmisinin sözlərinə görə, SKMF-in vəsaiti dövlətə məxsusdur və bu baxımdan qeyd olunan qurumun “Bank Standard”dakı pulunu Fonddan əvvəl götürməsində qeyri-adi heç nə yoxdur.


Bununla yanaşı, V.Abdullayev deyib ki, hələ ki, SKMF-yə ödəniş edilməyib: “Səslənən fikir sadəcə proqnoz göstəricisidir, fakt deyil”.


ADIF-in icraçı direktorunun müavini “Bank Standard”ın müflis olmasında iştirak etmiş Bankın İdarə Heyətinin sabiq sədr müavini Orxan Xubanovu özünə müşavir təyin etməsi ilə bağlı səslənən ittihamlara münasibət bildirib. O, deyib ki, əgər adı çəkilən şəxsi qanunsuz addımları olsa idi, məsuliyyətə cəlb edilərdi.

 

© Report

21.11.2017 13:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ