Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Hüquq-mühafizə orqanlarına 600 milyonluq iş göndərilib - 0%, girovsuz kreditlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hüquq-mühafizə orqanlarına 600 milyonluq iş göndərilib - 0%, girovsuz kreditlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bank Standard" QSC-nin 743 mln. manatlıq kredit portfelinin 304 mln. manatdan artıq hissəsi 0% ilə verilib".


 
Bunu "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin iclasında komitə sədri Əkrəm Həsənov deyib.

Reklam_3_11


 
Onun sözlərinə görə, 0% dərəcəsi ilə verilən ən yüksək kreditin məbləği 13 mln. manatdır.

 

"Faizsiz kredit verilməsi dövlət təhlükəsizliyi məsələsidir. Burada söhbət çirkli pulların yuyulmasından da gedə bilər. Təklif vermişik ki, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilsin və bu kreditlərin kimə verildiyi araşdırılsın. Faizsiz kreditlərin əksəriyyəti fiziki şəxslərə verilib".


 
Komitə sədri əlavə edib ki, kredit portfelinin 58%-i girovsuz, 42%-i isə qismən girov təmin edilməklə verilib.


Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev isə deyib ki, qurumun fəaliyyəti yenidən nəzərdən keçirilir. Onun sözlərinə görə, bağlanmış banklarla bağlı hüquq-mühafizə orqanlarına 500-dən çox sənəd təqdim olunub ki, işlər 600 mln. manatdan artıq vəsaiti əhatə edir.

 

© APA

21.11.2017 13:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ