Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bankda “İnnovasiyalar günü” adlı tədbir keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankda “İnnovasiyalar günü” adlı tədbir keçirilib

Ödəniş və informasiya sistemlərinin daim təkmilləşən biznes tələblərə, beynəlxalq aləmdə informasiya-kommunikasiya texnologiyaları (İKT) istiqamətində baş verən inkişaf trendlərinə uyğunlaşması, bu sahədə innovativ həllərin implementasiyası Mərkəzi Bankın İKT üzrə başlıca hədəflərindədir.

 

Reklam_3_11

Bu hədəflərin realizasiyası məqsədilə Mərkəzi Bank daim İKT çağırışlarını izləyir, qabaqcıl beynəlxalq təcrübənin Azərbaycan bank sektoruna çatdırılması istiqamətində zəruri tədbirlər həyata keçirir. Bu barədə Bankdan "Marja"ya bildirilib.


Qeyd edilib ki, bu prosesin davamı olaraq, İBM şirkətinin Rusiya Federasiyası və MDB ölkələri üzrə baş direktoru Andrey Filatovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Bankda qəbul edilmiş və Mərkəzi Bankın əsas inzibati binasında kommersiya banklarının əməkdaşları ilə birgə “İnnovasiyalar günü” adlı tədbir keçirilmişdir.


Keçirilən tədbirdə “Bank əməliyyatları üzrə inteqrasiya həlləri”, “Blockchain və müasir maliyyə texnologiyaları (Fintech)”, “Kvant hesablamaları”, “Kiber təhlükəsizlik” və digər mövzular üzrə təqdimatlar keçirilmişdir. Təqdimatlar zamanı müasir innovativ həllərin tətbiq sahələri müzakirə edilmiş, informasiya təhlükəsizliyi üzrə risklər və onların minimallaşdırılması istiqamətində preventiv kiber təhlükəsizlik tədbirləri barəsində müzakirələr aparılmışdır.


Mərkəzi Bank maliyyə texnologiyaları üzrə savadlılığın yüksəldilməsi və beynəlxalq aləmdə baş verən yeniliklərin bank sektoruna çatdırılması istiqamətində tədbirlərin mütəmadi olaraq həyata keçirilməsini planlaşdırır.

21.11.2017 13:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ