Maliyyə Nazirliyinin ABB-dəki payı 77%-ə çata bilər
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) nizamnamə kapitalını 600 mln. manat artırmaq üçün dövriyyəyə hər birinin nominalı dəyəri 0,27 manat olan 2 222 222 223 ədəd adi səhm buraxacaq. Bu barədə Bankın maliyyə hesabatında bildirilir.
Hesabata əsasən, səhmlərinin yerləşdirilməsi üzrə anderrayter “Unicapital” investisiya şirkəti olacaq. Qiymətli kağızlar bazara bu il martın 31-nə qədər, kütləvi şəkildə təklif ediləcək.
Nizamnamə kapitalının 93,6% artırılaraq 1 241 287,25 manata çatdırılmasından sonra Maliyyə Nazirliyinin ABB-dəki payının 54,96%-dən 76,73%-ə, problemli aktivlərin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının payını isə 28,18%-dən 14,56%-ə, qeyri-dövlət müəssisələrinin və fiziki şəxslərin payının isə 16,86%-dən 8,71%-ə dəyişəcəyi proqnozlaşdırılır.
Bankda hesab edirlər ki, yeni emissiya səhmlərin gəlirlik indikatorlarını azaldacağından (xalis mənfəətin mövcud səhmlərə nisbəti) onlar ucuzlaşacaq. Bu isə öz növbəsində hazırki səhmdarların həm səhmlərinin dəyərinin düşməsi, həm də paylarının azalması ilə nəticələnəcək.
Bundan başqa, səhm emissiyasının dividendərə mənfi təsir etməsi gözlənilir. “Lakin ABB-nin hazırkı maliyyə vəziyyətinə görə divident ödənilmədiyindən və yeni səhm emissiyası məhz səhmdarların qərarı olduğundan bu ehtimal istisna edilə bilər”, - deyə hesabatda qeyd olunur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 20 saat əvvəl
-
22 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl