Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

37 ildir ölkəni idarə edən prezident istefa verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
37 ildir ölkəni idarə edən prezident istefa verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkəni 1980-ci ildən bəri idarə edən 93 yaşlı siyasətçi, ordunun hakimiyyətə əl qoymasına baxmayaraq istefa etməyi rədd etmiş, bunun üzərinə əleyhinə böyük mitinqlər keçirilmişdi.


 

Zimbabve prezidenti Robert Muqabe parlamentin onun barəsində impiçment qərarı qəbul etməsindən sonra istefa verib. Bu barədə Zimbabve parlamentinin spikeri Ceykob Mudenda bildirib.  
 


Parlament impiçment qərarı qəbul etdikdən sonra, spiker iclası dayandıraraq R.Muqabenin istefa bəyanatını oxuyub. C.Mudenda yeni ölkə rəhbərinin adını artıq noyabrın 22-də elan etməyi tövsiyə edib.


 
Qeyd edək ki, noyabrın 6-da  Emmerson Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra Zimbabvedə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb. Robert Muqabenin televiziya vasitəsilə xalqa müraciətində istefa barədə danışacağı gözlənilsə də, o bəyan edib ki, Zimbabve xalqı ölkədəki böhranı sülh yolu ilə müstəqil olaraq həll etməkdə qərarlıdır.


Noyabrın 19-da, Zimbabvenin hakim partiyası xüsusi iclas keçirərək ölkənin 93 yaşlı prezidentini sədr postundan kənarlaşdıraraq noyabrın 20-dək istefa verməyə çağırıb. Partiyanın yeni sədri Emmerson Mnanqaqva olub. Bundan sonra televiziya vasitəsi ilə xalqa müraciət edən R.Muqabe yaxın həftələr ərzində istefaya getməyəcəyini bəyan etmişdi. 

21.11.2017 17:50

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ