Səudiyyəlilər OPEC razılaşmasının 6 aydan çox davam etməsinə ehtiyac görmür
Səudiyyə Ərəbistanının energetika naziri Khalid Al-Falih-ə görə, istehsalın azaldılması razılaşmasına yüksək əməletmə və qlobal tələbdə artım səbəbilə, OPEC, digər neft istehsalçıları ilə hasilatı azaltmaq mövzusunda əldə etdiyi razılaşmanı uzatmağa ehtiyac görməyə bilər.
"Marja" xəbər verir ki, Al-Falih Birləşmiş Ərəb Əmrliklərinin paytaxtı Abu Dabidə enerji mövzusunda etdiyi bir çıxışında, neft bazarının ilin ilk yarısının sonu etibarilə yenidən tarazlanacağını (tələb təklif bərabərləşəcək) qeyd edib. Al-Falih-ə görə, tələb yaz aylarında artacaq və OPEC bazarlarda təklifin yetrəli olduğundan əmin olmaq istəyəcək.
Al-Falih "Razılaşmaya yüksək əməletmə səviyyəsini gördükcə və tələbin artacağı gözləntiləri göz önünə alındığında, bunun lazımlı olduğunu düşünmürük. 2016-da yavaşca başlayan təkrar balanslaşma ilk yarıda tam təsir göstərəcək. Təbii ki, İyuna qədər bazara təsir göstərə biləcək bir çox hadisə var və o gün təkrar qiymətləndirmə edə biləcəyik" deyib.
Səudiyyə Ərəbistanı OPEC-in digər üzvlərilə May ayında Viyanada görüşərək bazarı və qrupun istehsal siyasətini qiymətləndirəcək. OPEC üzvü ölkələr və OPEC-ə daxil olmayan razılaşmaya tərəf digər ölkələr Yanvar ayının sonunda da Viyanada görüşərək bu ölkələrin istehsalı azaltmaq razılaşmasına əməl edib-etmədiklərini müşahidə edəcəklər. OPEC-in razılaşmadakı məqsədi neftbazalardakı ehtiyatları azaldıb qiymətləri dəstəkləmək idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
14 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
16 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl