Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hakerlər Uber-dən haqq alıb - 57 milyon istifadəçinin məlumatları oğurlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hakerlər Uber-dən haqq alıb - 57 milyon istifadəçinin məlumatları oğurlanıb

Şəxsi avtomobil sahiblərinin mobil proqram vasitəsilə taksi xidməti göstərmələrinə imkan təmin edən Uber, keçən il reallaşan bir kiber hücum nəticəsində 57 milyon istifadəçinin məlumatlarının oğurlandığını açıqlayıb.


 
"Marja" Uber-dən verilən açıqlamaya istinadən xəbər verir ki, ötən ilin oktyabr ayında iki nəfər tərəfindən həyata keçirilən kiber hücum nəticəsində şirkətin dünya üzrə 57 milyon istifadəçisinin adları, elektron poçt ünvanları və telefon nömrələri oğurlanıb.

Reklam_3_11


 
Açıqlamada, ABŞ-da Uber üzərindən taksi xidməti göstərən 600 min nəfərin (sürücünün) ad və səlahiyyət məlumatlarının da hücumda ələ keçirildiyi bildirilib.


 
İstifadəçilərin və sürücülərin bank məlumatları, kredit kartı nömrələri, səyahət etdikləri marşrutlar, doğum tarixləri və sosial təhlükəsizlik nömrələrinin hücum zamanı ələ keçirilmədiyi qeyd edilən açıqlamada, kiber hücumun ortaya çıxmasının ardından Uber-in lazımi təhlükəsizlik tədbirləri gördüyü qeyd edilib.

 

ABŞ mətbuatında yer alan bəzi xəbərlərdə isə, kiber hücumun ictimaiyyətə açıqlanmaması və oğurlanmış məlumatların silinməsi üçün Uber-in bu hadisəni həyata keçirən iki nəfərə ümumilikdə 100 min dollar (170 min manat) ödəniş etdiyi iddia edilib.

22.11.2017 06:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ