Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan iqtisadiyyatı üzrə YENİ PROQNOZ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatı üzrə YENİ PROQNOZ

2018-ci ildə Azərbaycan iqtisadiyyatı 2 faiz arta bilər.

 

Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yenilənmiş hesabatında bildirilir.

 

Bu il AYİB-in proqnozlarına görə, ölkə ÜDM-in 0,5 faiz azalması gözlənilir.

 

Bankın analitiklərinin fikirinə görə, gələn il iqtisadiyyat artımına "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatının başlanması və Transanadolu boru kəmərinin işə düşməsi təsir edəcək.

 

Bunula belə, hesabatda qeyd olunur ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün və hökumətə likvidliyin saxlanması üçün sərt pul-kredit və fiskal siyasətə riayət etmək lazımdır.

 

AYİB-in 2018-ci il üçün proqnozları Azərbaycan hökumətinin gözləntilərindən çoxdur. Belə ki, ölkə hökuməti 2018-ci ildə Azərbaycanın real ÜDM artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır. Hökumət 2017-ci il üçün iqtisadi artımı 0,3 faiz səviyyəsində gözləyir.

 

AYİB Azərbaycan ilə 1992-ci ildən əməkdaşlıq edir. Bu müddət ərzində bank ölkə iqtisadiyyatına 2,8 milyard dollara yaxın investisiya qoyub.

 

© Trend

22.11.2017 06:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ