Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Ziraat.com"u 20 il sonra aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ziraat.com"u 20 il sonra aldı

Türkiyənin "Ziraat Bankası", 20 il sonra "ziraat.com" domen adını öz adına qeydiyyatdan keçirib.

 

"Marja" xəbər verir ki, Bank, ABŞ-lı türk Mehmet Kahvecioğlunun 20 il əvvəl öz adına qeydiyyata aldırdığı "ziraat.com" domen adını Dünya Əqli  Mülkiyyət Təşkilatının (WIPO) Mülki və Vasitəçilik Mərkəzindən geri alıb.  Kahvecioğlunun "ziraat.com" adının qaytarılması üçün Türk məhkəmələrində qaldırdığı iddia da rədd edilib.

 

Türk əsilli Amerika vətəndaşı Mehmet Kahvecioğlu, 1996-da Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Mülki və Vasitəçilik Mərkəzindən "ziraat.com" domen adını öz adına qeydiyyata aldırmış, 20 illik reyestr haqqını da ödəmişdi. WIPO, "ziraat.com" domen adı ilə aparılan reyestrin ləğvini istəyən  "Ziraat Bankası"nı haqlı hesab edib.
 


Mehmet Kahvecioğlu məhkəməyə müraciət edib. "Ziraat Bankası" məhkəməyə təqdim etdiyi məlumatda, bankın əsasının 1863-cü ildə Mithat Paşa tərəfindən qurulan "Memleket Sandıkları" ilə qoyulduğunu, 15 Avqust 1888-də "Ziraat Bankası" adının ilk dəfə istifadə edildiyini və bankın ölkə daxilində 1785, xaricdə 18 ölkədə 96 şöbəsi ilə dünyanın mötəbər maliyyə təşkilatları arasında yer aldığını bildirilib.

 

Bank, Mehmet Kahvecioğlunun pis niyyətli olduğunu irəli sürərək iddianın rədd edilməsini istəyib. Məhkəmə, Kahvecioğlunun "ziraat.com" domen adını qeydiyyat etdirdiyi tarixdən bu yana istifadə etmədiyini və "ziraat" ifadəsi üzərində ilk haqq sahibliyinin "Ziraat Bankası" olduğunu bildirərək iddianı rədd edib.

 

Qeyd edək ki, "Ziraat Bankası"nın Azərbaycanda törəməsi - "Ziraat Bank Azərbaycan" ASC fəaliyyət göstərir.

22.11.2017 06:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ