Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda 10 sığorta şirkətinin yığımları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 10 sığorta şirkətinin yığımları azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 10-nun yığımları illik müqayisədə artıb, 10-nun yığımları azalıb, 1 şirkət ("Naxçıvan Sığorta") isə ötən ilin ilk 10 ayında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

 

Hesabata əsasən, yığımları ən çox artan şirkət "Günay Sığorta"dır. Bu şirkət hesabat dövründə 8,15 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 246,1% çoxdur. Yığımları ən az artan şirkət isə "AXA Mbask"dır. Bu şirkətin daxilolmaları yanvar-oktyabrda 19,202 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,5% çoxdur.

 

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət hazırda "Amrah Sığorta"dadır. Bu şirkət 10 ay ərzində cəmi 16 min manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70,6% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə Dövlət Sığorta Kommersiya Şirkətində, yəni "Azərsığorta"dadır. Bu şirkətin yığımları 4,8% azalaraq 36,193 milyon manata düşüb. 

 

© "Renkinq"

22.11.2017 07:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ