Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Cənubi Qafqazda ən müasir tekstil fabriki Azərbaycanda olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cənubi Qafqazda ən müasir tekstil fabriki Azərbaycanda olacaq

"Mingəçevir Tekstil" MMC 2018-ci ilin I rübündə pambıq iplik istehsalı fabrikini istismara verməyi planlaşdırır. Bu barədə  İqtisadiyyat Nazirliyindən məlumat verilib.

 

Reklam_3_11

Xəbər verildiyi kimi, fabrikin 2017-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulur.

 

“Fabrikin 2018-ci ilin I rübündə istismara verilməsi planlaşdırılır. Layihəyə sərmayələr 46 mln. dollar həcmində qiymətləndirilir”, - nazirlikdən qeyd ediblər.

 

Fabrikdə daimi əsasda 550 nəfər çalışacaq.

 

"Mingəçevir Tekstil" MMC bu ilin may ayında Mingəçevir Sənaye Parkının birinci rezidenti statusunu alıb. İllik istehsal gücü 20 min ton olan fabrikin inşası üçün MMC-yə 14 ha torpaq sahəsi ayrılıb. Fabrikdə ipliklər "Ring və Open End" üsulları ilə istehsal olunacaq. Bu, Cənubi Qafqazda ən müasir tekstil fabriki olacaq.

 

Xəbər verildiyi kimi, Mingəçevir Sənaye Parkında istehsal edilən pambıq iplik ixracından ildə 25 mln. dollar gəlir əldə edilə bilər. İstehsal edilən ipliyin 10 min tona qədərinin ixraca yönəldilməsi nəzərdə tutulur.

 

2016-cı ilin sentyabr ayında Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi olub. Parkın yaradılmasına sərmayələr 150-200 mln. dollar təşkil edəcək. Xüsusilə, 60 mln. tikinti işləri, avadanlıq və dəzgahların alışı və quraşdırılmasına 150 mln. dollar sərmayə tələb edir.

 

Sənaye Parkının nəzdində 9 fabrik - pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika fabrikləri inşa edilib istifadəyə veriləcək.

 

Sənaye Parkında layihələrə ilkin sərmayələr 100 mln. manatı ötəcək. Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 2 min yeni iş yeri yaradılacaq. Park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı ümumilikdə, 5,5 minə çatdırılacaq. 

 

©  “İnterfaks-Azərbaycan” 

22.11.2017 08:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ