Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövlətdən aqroparkların yaradılmasına 219 milyonluq dəstək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlətdən aqroparkların yaradılmasına 219 milyonluq dəstək

Azərbaycanda aqroparkların yaradılmasına 219 mln. manat məbləğində güzəştli kredit və dövlət investisiyaları yönəldilib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

"Regionlarda aqroparkların yaradılmasına dövlət investisiyaları 133 mln. manat məbləğində olub, daha 86 mln. manat isə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan güzəştli kreditlərin payına düşür. Beləliklə, dövlət bu məqsədlərə 219 mln. manat ayırıb", - deyə nazir bu gün parlamentdə 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.

 

Onun sözlərinə görə, hazırda 26 rayonda 40 aqroparkın yaradılması istiqamətində iş gedir. Bu aqroparkların ümumi ərazisi 178 min hektar təşkil edəcək.

 

Ş.Mustafayev əlavə edib ki, hazırda Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarında aqroparkların yaradılmasının birinci mərhələsi başa çatıb, 14 aqroparkın yaradılması üzrə işlərə başlanılıb.

 

© İnterfaks-Azərbaycan

22.11.2017 08:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ