Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiyada 92 və 95 oktanlı benzin bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada 92 və 95 oktanlı benzin bahalaşdı

 Ötən həftə ərzində Rusiyada “Ai-92” və “Ai-95” markalı benzinin pərakəndə satışı bahalaşıb.

 

Rusiya KİV-ləri xəbər verir ki, “Ai-92” markalı benzinin ölkə üzrə 1 litrinin orta qiyməti 4 qəpik artaraq 35,56 rubl (1,07 manat), “Ai-95” markalı benzinin qiyməti isə 5 qəpik qalxaraq 38,49 rubl (1,15 manat) olub.

 

Məlumata görə, ən böyük artım Cənubi Federal Dairənin ərazisində baş verib. Burada “Ai-92” markalı benzinin qiyməti 36 qəpik bahalaşaraq 38,8 rubl/litr(1,16 manat) təşkil edib. Uzaq Şərq və Sibirdə isə bu benzinin qiyməti 6 qəpik azalaraq 36,66 rubl/litr (1,10 manat) olub.

 

“Ai-92” markalı benzinin 1 tonunun orta birja qiyməti 39 634 rubl olub ki, bu da əvvəlki həftədən 84 rubl çoxdur. Bu marka benzinin orta topdansatış qiyməti 262 rubl artaraq 39 826 rubl olub.

 

“Ai-95”-in 1 litrinin qiyməti Cənubi Federal Dairədə 38 qəpik artaraq 40,06 rubla qalxıb. Bu markalı benzinin 1 tonunun orta birja qiyməti əvvəlki həftədən 98 rubl artaraq 41 081 rubla, orta toprdantsatış qiyməti isə 106 rubl artaraq 40 865 rubl/ton olub.

 

Dizel yanacağının qış növünün 1 litrinin qiyməti ötən həftə 22 qəpik artaraq 37,17 rubl olub.

 

© Report

16.01.2017 13:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ