Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyə Avropaya qurbağa ayağı ixrac edən tək ölkədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Avropaya qurbağa ayağı ixrac edən tək ölkədir

Türkiyənin mühüm kənd təsərrüfatı mərkəzlərindən Çukurovada bataqlaşmış sahələrdən toplanaraq emal edilən qurbağaların ayağı Avropaya göndərilir.


 
"Marja" xəbər verir ki, toplanmasından emalına qədər hər mərhələsi min bir zəhmət tələb edən qurbağa ayağı, qida dəyəri yüksək olduğuna görə bəzi Avropa ölkələrinin əvəzolunmaz qidaları arasında yer alır.

Reklam_3_11


 
Adanada su məhsulları zavodunda emal edilən qurbağalar, başda Fransa olmaqla İtaliya və İsveçrəyə ixrac edilir.


 
Bataqlaşmış sahələrdən ilin hər fəsli toplanıb canlı olaraq zavoda gətirilən qurbağalar, burada ölçülərinə görə ayrılıb tələbə görə canlı və ya soyudulmuş şəkildə emal edilərək ölkə xaricinə göndərilir.


 
"Sasu Su və Kənd Təsərrüfatı Məhsulları AŞ"nin İdarə Heyətinin üzvü Nil Ece Yamanyılmaz, illər əvvəl atasının bir iş səfəri zamanı qarşısına yemək kimi qurbağa ayağı gətirilməsi və bunun da Çukurovadan ixrac edildiyini öyrənməsilə 2002-ci ildə bu işə başladıqlarını deyib.


 
İllərdir atasının apardığı işi, ikinci nəsil olaraq özünün davam etdirdiyini bildirən Yamanyılmaz, əsasən kənd yerlərində yaşayanlar tərəfindən toplanan qurbağaların kiloqramını 9-15 lirə (4-6,5 manat) arasından satın aldıqlarını dilə gətirib.
 
 
Yamanyılmaz, "Türkiyədə istehlakı olmayan qurbağa ayağının Avropanın əvəzolunmaz qida məhsulları arasında yer aldığını bildirərək, "Avropada xüsusi günlərdə və restoranlarda qurbağa ayağı olmazsa olmazdır. Həftədə 3-4 ton qurbağa müəssisəmizə gəlir. Səhər istehsala verilir, axşam müəssisədən çıxan məhsulları dərhal nəql edirik. İllik 200 ton qurbağa işləyib ixrac edirik. Ətin quruluşu, ölçüsü, ləzzəti səbəbiylə bu bölgədəki qurbağalara çox üstünlük verilir" ifadələrini istifadə edib.


 
Avropanın təzə soyudulmuş qurbağa ayağının tək tədarükçünün Türkiyə olduğunu vurğulayan Yamanyılmaz, dondurulmuş məhsulda isə Uzaq Şərq ölkələrinin rol aldığını qeyd edib.


 
Yamanyılmaz, zavodlarında çalışan işçilər ilə bərabər qurbağa yığan çoxsaylı insanın ailə büdcəsinə əhəmiyyətli töhfələr verdiyini sözlərinə əlavə edib.

22.11.2017 09:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ