Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Deputat qiymət artımına etiraz etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Deputat qiymət artımına etiraz etdi

 “Azərbaycanda qiymət qalxdısa, enməsi problemdir”.


Bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən deputat Yevda Abramov deyib.


Deputat bildirib ki, dünya bazarında neftin qiymətinin artıb-azalması Azərbaycanda qiymətlərə təsir etmir.

“Təəssüflər olsun ki, neftin qiyməti aşağı səviyyədə olanda qiymətlər artır, amma neftin qiyməti artanda qiymətlər enmir. Bizdə qiymət qalxdısa, enməsi problemdir”.


Deputat qeyd edib ki, Rusiya və Qazaxıstan kimi ölkələrdə strateji məhsullar ölkə rəhbərliyinin nəzarətində olur və həmin məhsulların qiymətinin son həddini ölkə prezidenti təyin edir: “Bununla da aztəminatlı vətəndaşların maddi rifahı qorunur. Təəssüflər olsun ki, bizdə belə deyil”.


Milli Məclisin sədri Oqtay Əsədov isə Y.Abramova cavab olaraq deyib ki, Konstitusiyanın 15-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir: “Həmin maddənin ikinci hissəsində bildirilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür”.

 

© Report

22.11.2017 09:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ