Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bank fond bazarına sərmayələrini azaldıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank fond bazarına sərmayələrini azaldıb

 “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) qiymətli kağızlara investisiyaları 207-ci il yanvarın 1-nə cəmi 22 mln. manat təşkil edib.  Bu, ötən ilin əvvəli ilə müqayisədə 155,7 dəfə azdır.

 

ABB hüquqi şəxslərin kreditləşməsini də azaldıb. Belə ki, 2016-cı ilin sonuna Bank müxətlif şirkətlərə 4,199 mlrd. manat borc verib ki, bu da 2015-ci ilin sonuna nisbətən 27% azdır.

 

Əvəzində, Bank fiziki şəxslərin kreditləşməsini artırıb. Belə ki, fərdi müştərilərə 1,385 mlrd. manat kredit ayrılıb ki, bu da illik müqayisədə 23,4% çoxdur.

 

Hesabata əsasən, ABB həm qiymətli kağızlara investisiyaları, həm də hüquqi və fiziki şəxslərə kredit qoyuluşunu ölkə daxilində həyata keçirib. Bankın maliyyə müəssisələrində yerləşdirdiyi 5,019 mlrd. manatlıq depozitin isə 4,869 mlrd. manatı (97%-i) Azərbaycan, 103 mln. manatı (2%-i) Rusiya, 47 mln. manatı isə (1%-i) Gürcüstanın payına düşüb.

 

Ötən ilin sonuna ABB ölkə daxilindən 2,13 mlrd. manat, Amerika-Avropadan 3,962 mlrd. manat, Rusiyadan isə 36 mln. manat vəsait cəlb edib.

 

© Report

16.01.2017 13:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ