Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan-Gürcüstan biznes-forumunun vaxtı dəyişdirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan-Gürcüstan biznes-forumunun vaxtı dəyişdirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstan Hökumətində struktur dəyişikliyi ilə əlaqədar Caspian European Club çərçivəsində Azərbaycan-Gürcüstan biznes-forumu və üçüncü CEO Lunch Tbilisi-nin vaxtı dəyişdirilərək dekabrın 15-nə keçirilib.  

 

Reklam_3_11

Bu barədə Caspian European Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, arzu edənlər dekabrın 14-dək http://www.caspianenergy.org/index.php/az/registration/item/133-azerbajdzhano-gruzinskij-biznes-forum linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

O qeyd edib ki, Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli əlaqələrə həsr olunmuş biznes-forumda Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənov və Kvemo-Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze üzv şirkətlərin rəhbərləri ilə görüş keçirəcək və onları maraqlandıran suallara cavab verəcəklər.

 

Telman Əliyev əlavə edib ki, biznes-forumdan sonra fəxri qonaq qismində Gürcstan Hökumətinin üzvlərinin iştirak edəcəkləri ənənəvi CEO Lunch təşkil olunacaq.

 

Telman Əliyev CEO Lunch Tbilisi-nin sponsoru PASHA Bank Georgia-nın rəhbərliyinə minnətdarlığını bildirib.

 

O həmçinin birinci CEO Lunch Tbilisi-nin Caspian Energy Georgia-nın fəaliyyətinin rəsmi yenilənməsi mərasimi çərçivəsində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə sentyabrın 29-da Gürcüstanda keçirildiyini xatırladıb.

 

Telman Əliyev 2018-ci il martın 30-da Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyilə 5-ci Beynəlxalq Caspian Energy Forum-un təşkil olunacağını söyləyib. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.

 

Gürcüstan və Azərbaycanın dövlət qurumları ilə özəl sektoru arasında dialoqun nizamlanması üçün aparıcı vasitələrdən sayılan CEO Lunch Tbilisi həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.

 

Telman Əliyev qeyd edib ki, Caspian European Club CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda və hər ayın sonuncü cümə günü Tbilisidə CEO Lunch təşkil edir.



Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb.  Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

 

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır. 

22.11.2017 11:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ