Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avropada "zombi şirkətlərə" dair narahatlıqlar artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropada "zombi şirkətlərə" dair narahatlıqlar artır

Bəzi şirkətlərin uzun zaman əvvəl bağlanmış olması lazım olmasına baxmayaraq, hələ də ayaqda durmaları, bu şirkətlərə "təzə qan vurulması" ilə əlaqədardır.


 
"Marja" xəbər verir ki, Avropalı rəsmilər "zombi" şirkətlərdən narahatdırlar.

Reklam_3_11

 

Rəsmilərin narahatçılıqları, sözügedən "zombi" şirkətlərin, daha məhsuldar şirkətlərə veriləcək olan sərmayəni "istehlak" etmələridir. Yəni, kreditlər ölü şirkətlərə verilməkdənsə, potensialı olan şirkətlərə ayrılmalıdır.


 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən yeni bir araşdırma, bankların, "zombi" şirkətlərin genişlənməsini necə dəstəklədiyini göstərir. OECD-nin araşdırması zəif şirkətlərin zəif banklarla iş meylində olduğuna işarə edir.


 
Qurumun araşdırmasına görə, banklar şirkətlərin borcunu nəzarətə götürmək və balans xaricinə çıxararaq silmək əvəzinə, yenidən maliyyələşdirir və iflas etmiş kreditləri restruturizasiya etməyə üstünlük verirlər.


 
Araşdırma, Avropa Mərkəzi Bankının (AMB) Avro Bölgəsindəki probelmli kreditləri azaltmaq səylərini artırmasının vacibliyinə diqqəti çəkir.

 

"ZOMBİ" ŞİRKƏT NƏDİR?

 

Böyük ümidlərlə yaradılan, çox uğurlu olub qısa müddətdə böyük pullar qazandıracağı gözlənilən bəzi şirkətlər, qısa müddətdə faktiki olaraq ölü şirkətlərə çevrilir. Bunlar iflas da etmir, bağlanmır da, ölü halları ilə kağız üzərində "yaşayırlar". Belə şirkətlərin vəziyyətini anlatmaq üçün yeni bir anlayış tapılıb. Bu cür şirkətlərə "zombi" şirkətlər  deyilir.

 

"Zombi" şirkətlər, daha çox internet və rəqəmsal sahədə olurlar. Hazırda Silikon Vadisinin bu cür şirkətlərlə dolu olduğu və vadinin bu "zombi"lər səbəbindən haradasa bir yaşayan ölülər vadisinə çevrildiyi də deyilir.

22.11.2017 11:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ