Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu rayonda müasir avtovağzal kompleksi tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu rayonda müasir avtovağzal kompleksi tikilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Göyçay rayonunda yeni avtovağzal binasının inşasına başlanılıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarındakı köhnə və qəzalı vəziyyətə düşmüş avtovağzal binası sökülərək yerində ikimərtəbəli müasir kompleks tikilir.

 

Avtovağzalın müdiri Sənan Şirəliyev bildirib ki, rayon icra hakimiyyətinin sifarişi və yaxından köməkliyi ilə 5500 kvadratmetr ərazidə aparılan tikinti işlərinə 3 ay əvvəl başlanılıb. İndiyədək hörgü işləri başa çatdırılıb, hazırda binada təmir-quraşdırma işləri görülür. Müasir arxitektura üslubunda inşa olunan yeni avtovağzalın inzibati binasında və eyni vaxtda 15 avtobusun dayanması üçün tikilən perronda nümunəvi xidmət üçün lazımi şərait yaradılacaq. Perronda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları da quraşdırılacaq.

 

İnşaat işləri “Əlifarm” MMC tərəfindən görülür. Tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Göyçay şəhərinə yeni görkəm verəcək bina ən müasir şəraiti ilə rayona gələn qonaqların zövqünü oxşayacaq. Avtovağzal kompleksində xidməti otaqlarla yanaşı, sərnişinlərin rahatlığı üçün gözləmə zalı, ictimai-iaşə obyekti, tibb məntəqəsi, ana və uşaq otağı, ibadət otağı fəaliyyət göstərəcək. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa ediləcək, yaşıllıq sahəsi yaradılacaq.

 

Qeyd edək ki, Göyçay avtovağzalından Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və digər rayonlar istiqamətində, eləcə də Göyçayın kəndlərinə hər gün 60-a yaxın sərnişin avtobusu yola düşür.

 

© Azərtac

22.11.2017 12:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ