Belarus şirkəti Azərbaycanda sərgilər təşkil edəcək

Belarus Ticarət-Sənaye Palatasının "Belinterekspo" sərgi unitar müəssisəsi 2018-ci ildə Azərbaycanda sərgi təşkil etməyi planlaşdırır.

 

BELTA xəbər verir ki, bu barədə müəssisənin direktoru Yevgeni Vvedenski bildirib. Direktor qeyd edib ki, müəssisə gələn il Azərbaycan, Çexiya, Keniya, Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Tacikistan, Macarıstan, Vyetnam, Rumıniya, ABŞ, Misir, Monqolustan, Oman, İraq, Suriya, Sudan və Kubada 30-dən çox sərgi keçirməyi nəzərdə tutur. Eyni zamanda, gələn il Çin və Vyetnamda Belarusun iki milli ekspozisiyası təşkil ediləcək.

 

Qeyd edək ki, "Belinterekspo" unitar müəssisəsi Belarusun xarici ölkələrdə milli sərgilərinin, eləcə də ölkə daxilində xarici dövlətlərin milli sərgilərinin təşkili və bir sıra xüsusi beynəlxalq sərgi layihələrinin həyata keçirilməsi ilə məşğul olur.

 

© Azərtac

22 Noyabr 2017 , 15:31   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin