Aqrar Universitet və “Yalama Aqropark” anlaşıb
Azərbaycan Dövlət Aqrar Universitet (ADAU) ilə “Yalama Aqropark” MMC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və “Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyev imzalayıblar.
Anlaşma memorandumu tərəflər arasında əməkdaşlığın təşviq və inkişaf etdirilməsi, o cümlədən ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartları, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması və milli brendlərin yaradılması üzrə birgə layihələrin reallaşdırılması, kadr hazırlığı sahəsində sıx əməkdaşlıq, tələbələrin təcrübələrinin təşkili, xaricdə və ölkə daxilində aqrobiznesə dair təlim və seminarlarda ADAU ilə “Yalama Aqropark” MMC-nin mütəxəssislərinin birgə iştirakına dəstək kimi məsələləri əhatə edir.
ADAU-nun rektoru İbrahim Cəfərov universitet-sənaye əməkdaşlığının inkişafı, əmək bazarının tələblərinə cavab verən mütəxəssis hazırlığının həyata keçirilməsi, tədris və elmi-tədqiqat işlərinin aparılmasında innovativ texnologiyaların tətbiqi baxımından memorandumun imzalanmasının mühüm əhəmiyyət daşıdığını, növbəti semestrdən etibarən bir qrup buraxılış kurs tələbəsinin “Yalama Aqropark” MMC-də təcrübə keçəcəyini bildirib.
“Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyev məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq əlaqələrinin faydalarından danışıb, bu əməkdaşlığın bütövlükdə ölkəmizdə kənd təsərrüfatının davamlı inkişafına töhfə verəcəyini qeyd edib.
Zaur Əliyev “Yalama Aqropark” MMC-nin fəaliyyəti haqqında da ətraflı məlumat verib.
İmzalama mərasimindən sonra Aqrar Universitetin maddi-texniki bazası ilə tanışlıq olub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
8 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
8 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
8 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
9 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
9 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 10 saat əvvəl
- 10 saat əvvəl