“Atəşgah” səfər sığortası üzrə iri ödənişlər həyata keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atəşgah” səfər sığortası üzrə iri ödənişlər həyata keçirib

Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" Sığorta Şirkəti səfər sığortası çərçivəsində iri ödənişlər həyata keçirib.

 

Reklam_3_11

Belə ki, Çexiya Respublikasında səfərdə olan sığorta olunan səhhətində yaranan şikayətlər səbəbindən stasionar müalicə alıb və bu səbəbdən ona müalicə xərcləri üzrə ümumilikdə 5970 Avro məbləğində sığorta ödənişi təqdim edilib.

 

Bundan əlavə, Rusiya Federasiyasında səfərdə olan digər müştəri yıxılaraq diz nahiyəsindən xəsarət alıb. Müalicə xərcləri üzrə ümumilikdə 4168 AZN məbləği həcmində sığorta ödənişi həyata keçirilmişdir.

 

Digər iki ödəniş isə Türkiyə Respublikasında səfərdə olan şəxslərin səhhətində yaranan şikayətlər səbəbindən stasionar müalicə alması hadisəsinə görə verilib. Belə ki, bu xərclər üzrə müvafiq olaraq 9691.67 AZN və 5051 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

 

Bugün səfər sığortası (travel insurance) ən aktual sığorta xidmətlərindəndir. Bu cür sığorta şəhadətnaməsinin əldə edilməsi sığorta olunan şəxsə xarici ölkələrdə olarkən təcili və təxirəsalınmaz tibbi xidmətlərə zərurət yarandığı zaman lazımi maliyyə müdafiəsinə təminat verir.

22.11.2017 14:01

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ