Xarici ölkə vətəndaşları SOCAR istiqrazlarını almağa başlayıblar
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazları xarici ölkə vətəndaşları da almağa başlayıblar.
Bu barədə “SOCAR Capital” şirkətindən bildirilib.
Məlumata görə, SOCAR-ın qiymətli kağızlarına ən çox maraq göstərən Azərbaycanla həmsərhəd olkələrin – Rusiya, Gürcüstan və Türkiyə vətəndaşlarıdır.
İstiqrazlara marağın artması onların qiymətinin yüksəlməsinə səbəb olub. Qiymətli kağızlar üzrə market-meyker xidməti göstərən “PSG Kapital” investisiya şirkətinin məlumatına görə, hazırda SOCAR istiqrazları 1 012 dollardan alınır, 1 015,5 dollardan satılır.
Qeyd edək ki, sabah ilk dəfə olaraq istiqrazlara görə rüblük faizlər ödəniləcək.
Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazlar 100 mln. dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfə artıq olub. Oktyabrın 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
12 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
13 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl