Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Banklarda 6,5 milyard manat var, kreditlərə yönəldilmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Banklarda 6,5 milyard manat var, kreditlərə yönəldilmir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün bank sektorunda 6,5 milyard manatdan çox vəsait var və bu vəsait iqtisadiyyatın kreditləşdirilməsinə yönəldilmir.

 

Bu barədə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

 

"Bu vəsaitlərin də təxminən 70 faizdən çoxu ölkənin sağlam banklarında cəmləşib. Bu vəsaitlər nəyə görə kreditləşməyə yönəldilmirsə, bu, bütövlükdə kreditləşmə sistemində digər problemlərin olmasına işarə edir. Biz öz diqqətimizi bu problemlərə cəlb etməliyik. Pul kütləsini ayırırıqsa və bu vəsaitlər kreditləşməyə, yeni bizneslərin formalaşmasına yönəlmirsə, pul ya istehlak bazarına yönəlir, yaxud da valyuta bazarına qayıdır. Həmin pulun istehlak bazarına yönəlməsi qiymətlərin əlavə artımına gətirib çıxara bilər ki, bu da yaranmış vəziyyətdə doğru deyil. İkincisi isə xarici vəziyyətdə gərginlik olanda bu vəsaitlər valyuta bazarına qayıdır və manatın məzənnəsi üçün əlavə risklər yaradır”, - Mərkəzi Bankın sədri deyib.

 

© Azərtac

22.11.2017 16:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ