Mobil manşet üstü reklam-3_21

"Kəlbəcərdə yetişdirilib" pomidorunun sahibi Azərbaycanın 6-cı böyük ixracatçısı çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kəlbəcərdə yetişdirilib" pomidorunun sahibi Azərbaycanın 6-cı böyük ixracatçısı çıxdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir müddət əvvəl, mətbuatda Moskvanın iri meyvə-tərəvəz bazarlarında üzərindəki etiketdə "Kəlbəcərdə yetişdirilib" yazılmış pomidorlar satıldığı barədə məlumat yayılmışdı.

 

Reklam_3_11

Pomidorlar barədə məlumat verilən kağız etiketdə məhsulun Azərbaycan Respublikası, Kəlbəcərdə tam təbii üsulla yetişdirildiyi qeyd olunmuşdu. Əsas maraqlı məqam isə ondan ibarət idi ki, Kəlbəcər erməni işğalında olmasına baxmayaraq, pomidorların etiketində istehsalçısı kimi azərbaycanlı adı - Talıbov Zabil Ocaqverdi oğlu qeyd olunmuşdu. 


"Marja"nın əldə etdiyi məlumata görə, Talıbov Zabil Ocaqverdi Azərbaycanda qeyri-neft sektoru ixracatçılarının siyahısında ilk onluqda təmsil olunan fiziki şəxsdir. O, 2017-ci ilin 10 ayı ərzində 16,6 milyon ABŞ dolları məbləğində ixrac reallaşdırıb və ilk onluqda 6-cı yeri tutub. İlk onluqda təmsil olunan digər şəxslər şirkətlərdir. 

 

Talıbov Zabil Ocaqverdi oğlu Yevlax şəhərində yerləşən 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyatdadır. 

 

Ehtimal ki, sahibkar pomidorların etiketində Kəlbəcər yazmaqla bu rayonun Azərbaycana məxsus olduğunu təbliğ edib.

23.11.2017 06:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ