Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda papiros və siqaret istehsalı tənəzzüldə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda papiros və siqaret istehsalı tənəzzüldə!

Bu ilin on ayında Azərbaycanda papiros və siqaretlər istehsalı 47,3% azalıb. İlk üç rübdə idxal da qiymət ifadəsində 4,4% azalıb. Qeyri-rəsmi məlumata görə, tütün məmulatının qeyri-leqal dövriyyəsi istehlakın 10-15%-i qədərdir.

 

Reklam_3_11

"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-oktyabr dövründə Azərbaycanda 748 milyon ədəd siqaret istehsal edilib. İstehsal həcmi əmtəə ifadəsində 47,3%, qiymət ifadəsində 6,6% azalıb. İstehsalçıların siqaret satışından gəlirləri 30,5 milyon manat olub.

 

Azərbaycanda siqaret istehsalçısı "European Tobacco-Baku" ASC istehsalın iki dəfə azalmasının səbəbi barədə yazılı sorğuya cavab verməyib. Bu ilin martından müəssisəyə Toğrul Hacıyev rəhbərlik edir. T. Hacıyev əvvəllər Fövqəladə Hallar Nazirliyində işləyib. O, bu vəzifədə Milli Məclis üzvü, qanunvericiliyin tələbinə zidd olaraq kommersiya müəssisəsinə rəhbərlik edən Rüfət Quliyevi əvəz edib.

 

© Xəbərdə Contact.az və stat.gov.az-un məlumatlarından istifadə olunub.

23.11.2017 07:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ