Rusiya, İran və Türkiyə liderləri Suriya ilə bağlı bəyanat qəbul ediblər
Rusiya, İran və Türkiyə Suriya üzrə əməkdaşlığın prioritet sahələrini müəyyənləşdirən birgə bəyanat qəbul ediblər.
TASS agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
”Sənəddə Rusiya, Türkiyə və İran arasında Suriyada gələcək əməkdaşlığın prioritet sahələri müəyyən edilib, qarşıya konkret vəzifələr qoyulub", - deyə Rusiya dövlət başçısı jurnalistlərə bildirib.
V.Putin bildirib ki, dövlət başçıları terrorizmə qarşı birgə mübarizədə əhəmiyyətli uğurların əldə olunmasını qeyd ediblər, İŞİD, “Cəbhət ən-Nüsrə” və digər terror qruplaşmalarının birdəfəlik məhv edilməsi üçün səyləri artırmağa hazır olduqlarını təsdiqləyiblər.
Üç ölkə lideri həmçinin Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsinə dair razılığa gəliblər. “Məmnuniyyətlə qeyd edirəm ki, İran və Türkiyə prezidentləri Suriya Milli Dialoq Konqresinin keçirilməsi təşəbbüsünü dəstəkləyiblər”, deyə V.Putin qeyd edib. Onun sözlərinə görə, Suriyanın müxtəlif siyasi partiyaları, etnik və dini qruplarını bir araya gətirmək planlaşdırılır. “Bir daha vurğulamaq istəyirəm - Suriyanın taleyini suriyalılar həll etməlidir. Həm hökumət, həm də müxalifət tərəfdarları", - deyə Putin vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
11 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
14 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
14 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 17 saat əvvəl
- 18 saat əvvəl