Mobil manşet üstü reklam-3_21

SOCAR "Super" markalı benzinin satışına başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR "Super" markalı benzinin satışına başlayıb

“SOCAR Petroleum” QSC 7 yanacaqdoldurma məntəqəsində “Super” markalı benzinin satışına başlayıb.

 

QSC-dən  verilən məlumata görə, böyük müştəri kütləsinin “Super” (A-98) markalı yanacağa olan tələbatını nəzərə alaraq ötən gündən etibarən yalnız 7 müxtəlif ünvanda fəaliyyət göstərən “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışına başlanılıb.

 

“SOCAR Petroleum”un aşağıdakı yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışı həyata keçirilir:

 

1. Bakı-aeroport yolunun sağ tərəfi (keçmiş Sabunçi dairəsinin yaxınlığı);
2. Bibiheybət məscidinin yaxınlığı (yolun sağ tərəfi);
3. Bakı-Quba yolunun 28-ci km-də (yolun sağ tərəfi);
4. Aeroport-Bakı yolunun sağ tərəfi (Bakı Olimpia Stadionunun yaxınlığı);
5. Babək prospekti (şəhər mərkəzi istiqamətində);
6. Ziya Bünyadov prospekti;
7. Nobel prospekti.

 

Qeyd edək ki, Azərbaycanda “Super” yanacağının satışı yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Xaricdən idxal olunan bu yanacağın qiyməti 1,50 manat/litr təşkil edir və “Euro-5” ekoloji standartın tələblərinə cavab verir.

 

©Trend

23.11.2017 07:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ