Ən yuxarı (mobil)-2_30

“Ofisait” 25-ci filialını açdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ofisait” 25-ci filialını açdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət siyasətinin davamı olaraq “Ofisait” mağazalar şəbəkəsi rayonlarda məşğulluq səviyyəsinin artırılması və işsizliyin azaldılması istiqamətində hazırladığı strateji planını uğurla həyata keçirir. Ekoloji sağlam məktəb və ofis ləvazimatlarının satışını təşkil edən mağazanın növbəti filialı Göyçay şəhərində açılıb.

 

Reklam_3_11

Şirkətin mətbuat xidmətindən "Marja"ya verilən məlumata əsasən, Göyçayda açılan filial mağazalar şəbəkəsinin 25-ci filialıdır. Bu münasibətlə “Ofisait”in bütün filiallarında 24-25-26 noyabr tarixlərində müxtəlif məhsullara 25%-dək endirim kampaniyası həyata keçiriləcək.

 

Topdan qiymətinə pərakəndə devizi ilə daha çox həmvətənlimizə yüksək keyfiyyətli xidmət göstərməyi qarşısına məqsəd qoyan “Ofisait” mağazalar şəbəkəsinin yeni filiallarının yaxın gələcəkdə respublikamızın digər rayonlarında da açılması nəzərdə tutulur. Qeyd edək ki, son 2 həftə ərzində Göyçay şəhəri daxil olmaqla Tovuz və Bərdədə mağazanın 3 yeni filialı açılmışdır.

 

“Ofisait” mağazalar şəbəkəsində satışı həyata keçirilən bütün məhsulları www.ofisait.com saytı vasitəsi ilə də əldə etmək mümkündür. Siz mənzil və ofislərinizdən internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. Sifariş məbləğinin həcmindən asılı olmayaraq “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin isə nəğd və online həyata keçirilməsi mümkündür.

 

Nəinki dəftərxana, ofis və məktəb ləvazimatları, həmçinin mətbəx və ev əşyaları, elektronik əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitablar və s. məhsulların bir ünvanda toplandığı “Ofisait” mağazalar şəbəkəsində OYAL, ASSİS, QUİCKS, Cassa, SilSil, Boltexno, Frauzen, Hansbur, Samuray, Zyklen və s. markaları əldə etmək mümkündür.

 

Göyçay filialının ünvanı: Heydər Əliyev prospekti, köhnə tikiş fabrikinin yanı.

Tel: (+994) 77 441 53 60/ (+994) 50 473 83 84

23.11.2017 16:13

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ