Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

100 nəfərə yaxın işçisini ixtisar edən sığorta şirkətində 15% artım!

iç səhifə xəbər başlığı altı (mobil)_31
100 nəfərə yaxın işçisini ixtisar edən sığorta şirkətində 15% artım!

“Azsığorta” şirkəti 2017-ci ilin yanvar-sentyabr ayları ərzində fəaliyyət göstəriciləri üzrə artıma nail olub. 


Şirkətin yaydığı məlumata görə, “Azsığorta” bu ilin üç rübü ərzində topladığı sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% yüksələrək 18,8 milyon manat, ümumi sığorta ödənişlərinin həcmi 16% artaraq 6,7 milyon manat, könüllü sığortalar üzrə ödənişlərinin həcmi isə 17% artaraq 1,7 milyon manat təşkil etmişdir.

Reklam_3_11

 

Cari ilin 3 rübü ərzində şirkətin əmlak sığortası növü üzrə topladığı sığorta haqları 2% artaraq 2,8 milyon manat, icbari sıgorta haqları isə 22% artaraq 15,3 milyon manat təşkil etmişdir.

 

“Azsığorta” ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev: “Hal-hazırda sığorta sektorunda böhrana baxmayaraq, biz daim gəlirlərimizi artırmağa və bazarda lider mövqeyimizi qoruyub saxlamağa davam edirik”.

 

"Bu ilin 9 ayı üzrə nəticələrə əsasən, ayrı-ayrı sığorta növləri üzrə ödənişlərdə də 2016-cı ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunur. Belə ki, icbari sığortalar üzrə ödənişlərin həcmi 16% artaraq 5 milyon manat, o cümlədən əmlak sığortası növü üzrə ödənişlərin həcmi 105% artaraq 1,3 milyon manat təşkil etmişdir",- Şirkətin məlumatında deyilir.

 

Qeyd edək ki, Azərbaycanın aparıcı sığorta şirkətlərində biri olan “Azsığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir.

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən biri olan “AzSigorta”da işçilərin kütləvi şəkildə ixtisar olunması qeyd edilir. Məlumata görə, “AzSigorta” şirkətində 100 nəfərə yaxın işçi ixtisar olunub. “AzSigorta” şirkətinin avtomobillərin icbari sığortasının satışı üzrə sığorta agentləri ilə əməkdaşlığı dayandırdığı da bildirilir.
 


Qeyd edək ki, "Azsığorta" şirkətində rəhbər vəzifələrdə işləmiş bir neçə şəxs “Günay Sığorta” və “Standard İnsurance”a keçib.

23.11.2017 11:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ