Azərbaycanda daha bir şirkət motor yağları istehsalına başladı
Bu gün AMEA-nın Yüksək Texnologiyalar Parkında AMEA və Böyük Britaniyanın "Millers Oils Ltd." şirkətinin birgə təsis etdiyi "Millers Oils Azerbaijan" MMC-nin istehsalat kompleksinin açılış mərasimi keçirilib. Qeyd edək ki, "Millers Oils Azerbaijan" mühərrik yağları istehsal edəcəkdir.
Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, bu açılış Akademiyanın 70 illik tarixində çox əlamətdar bir hadisədir.
"Millers Oild Ltd." şirkəti ilə əlaqələri yüksək qiymətləndirdiyini deyən A.Əlizadə qeyd edib ki, birgə əməkdaşlıq və istehsalat arasında əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.
"Hazırda ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır. Məhz "Millers Oils Azerbaijan" MMC-nin təsis edilməsi də Akademiyanın bu fəaliyyətinə yönəlmiş növbəti addımıdır", -deyə A.Əlizadə əlabə edib.
Açılış mərasimində çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Kroft Britaniya şirkətlərinin Azərbaycanda ən fəal investisiya yatırıcılarından olduğunu qeyd edib və yeni istehsalat kompleksinə fəaliyyətində uğurlar arzulayıb.
Açılış mərasimində "Millers Oils Ltd." şirkətinin icraçı direktoru Cemi Rayn və başqa dövlət rəsmiləri də çıxış ediblər.
Bu ilin yazında Böyük Britaniyanın “Millers Oils Ltd” şirkəti və AMEA ilə birgə istehsalatla məşğul olmaq barədə razılaşmışdı.
Böyük Britaniyanın "Millers Oils Ltd" şirkəti 1887-ci ildə fəaliyyət göstərir. Ətraflı: http://www.millersoils.co.uk/about-us
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
8 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
8 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
9 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
9 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
10 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 10 saat əvvəl
- 10 saat əvvəl