Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyə Cocuq Mərcanlıda təsərrüfat yaradıb, məhsullar istehsal edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Cocuq Mərcanlıda təsərrüfat yaradıb, məhsullar istehsal edəcək

Türkiyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafına töhfə vermək üçün burada layihə həyata keçirmək istəyir.


 
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.


 
Səfir qeyd edib ki, bu layihə Cocuq Mərcanlıda kənd təsərrüfatı və heyvandarlığın inkişafını nəzərdə tutan təsərrüfatın yaradılmasını və burada aqrar məhsulların istehsalını nəzərdə tutur. Bu təsərrüfatda istehsal olunacaq məhsullar daxili bazara yönəldilməklə yanaşı, gələcəkdə xarici ölkələrə də ixrac edilə bilər.


Ş. Mustafayev Türkiyənin Cocuq Mərcanlı kəndində layihə həyata keçirmək istəyini müsbət qiymətləndirib, belə layihələrin rayonun inkişafında və əhalinin sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli olacağını vurğulayıb.

23.11.2017 12:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ