Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Biz Naxçıvandan yüklərin Qars üzərindən daşınmasını planlaşdırırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Biz Naxçıvandan yüklərin Qars üzərindən daşınmasını planlaşdırırıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Gələn il Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşınmasına başlanılacaq".


"Bunu açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. 

Reklam_3_11


Onun sözlərinə görə, artıq sərnişindaşımanın tarifləri müəyyən olunub: "Bununla bağlı “Azərbaycan Dəmir Yolları”nın saytında ətraflı məlumat yerləşdirilib və hər kəs daxil olub baxa bilər. Qiymətlər hər bir təbəqənin büdcələrinə uyğun müəyyənləşdirilib". 

C.Qurbanov deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatar yola salınıb: "Hazırda işlərimiz davam edir. Qazaxıstandan yeni iki qatar yoldadır və gələcək. Biz Naxçıvandan yüklərin Qars üzərindən daşınmasını planlaşdırırıq, sadəcə, biraz zamana ehtiyacımız var. İnşallah, gələn il qatarlarımız aktiv iş qrafikində işləyəcək. Gələn ilə hədəflərimiz böyükdür. Bu məsələ vaqonların tikilməsindən asılı olan bir şeydir, yəni bizdən asılı deyil. Sifarişləri vermişik, bəzi kiçik problemlər olmuşdu, həll olundu. Vaqonlar gəlsin, biz qrafikli olaraq işləyəcəyik. Yollarda bizə mane olacaq heç bir problem qalmayıb. Əsas vaqonların gəlməsidir".


Qeyd edək ki, C.Qurbanov İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) “Transmilli nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri” mövzusunda 33-cü iclasında iştirak edir.

 

© Report

23.11.2017 13:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ