Expressbank Türkiyənin pul köçürmələri sistemilə əməkdaşlığa başlayır!

Daima məhsul və xidmət növlərini genişləndirən Expressbank Türkiyənin UPT (Universal Payment Transfer) təcili pul köçürmələri sistemi ilə əməkdaşlığa başlayır!

 

Türkiyənin ilk və yeganə ödəniş sistemi olan UPT dünyanın 200-dən artıq ölkəsində 400 mindən çox ödəmə məntəqəsi ilə təmsil olunur. Əməliyyatlar USD, EUR, TRY valyutaları ilə aparılır. UPT ilə həmçinin Türkiyə üzrə fiziki şəxslərin kart hesablarına və İBAN hesablarına, Avropa birliyi ölkələri üzrə fiziki şəxslərin İBAN hesabına köçürmələr etmək mümkündür.

 

Xatırladaq ki, Expressbank müştəriləri həm pul göndərərkən, həm də pul alarkən Pul Kart hədiyyə kartını qazanırlar. Pul Kart müştərilərə ödənişsiz şəkildə təqdim olunur və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər bu vəsaiti  nəinki ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər. SMS məlumatlandırma xidməti isə tam pulsuzdur.

 

Bundan əlavə, Expressbank-ın filiallarında digər təcili pul köçürmə sistemləri ilə də pul göndərmək  və ya pul almaq mümkündür. Bank həmçinin Zolotaya korona, Contact, IBA Express, Xəzri və Monex təcili pul köçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

 

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə daha ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

23 Noyabr 2017, 17:13   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin