Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"OPEC+ sazişi Rusiya iqtisadiyyatına mənfi təsir göstərir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"OPEC+ sazişi Rusiya iqtisadiyyatına mənfi təsir göstərir"

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi Rusiya iqtisadiyyatına mənfi təsir göstərir.

 

Reklam_3_11

Bu sözləri Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib. Nazir bildirib ki, OPEC+ sazişi oktyabr ayında Rusiya iqtisadiyyatındakı artıma mənfi təsir edib.

 

“OPEC-lə əldə edilən razılaşma neft hasilatımıza birbaşa mənfi təsir göstərir. Bundan başqa, istehsaldakı məhdudiyyətlər ilə əlaqədar sərmayələrin azalmasının öz təsirləri var”.

 

Qeyd edək ki, Rusiya OPEC-in neftin qiymətinin ucuzlaşmasının qarşısını almaq məqsədilə hasilatın azaldılması təşəbbüsünü dəstəkləyir. Vyana sazişinə əsasən, Rusiya ötən ilin oktyabrda neft hasilatını gündəlik 300 min barrel azaltmağa razılıq verib.

 

Bu il noyabrın 30-da isə Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 173-cü iclası keçiriləcək. Azərbaycanın da dəvət olunduğu iclasda OPEC və qeyri-OPEC ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliklər, eləcə də istehsal kvotanın artırılmasının əsas müzakirə mövzusu olacağı planlaşdırılır.

 

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində isə Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

 

© Azərtac

23.11.2017 15:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ