Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Cənubi Koreya Özbəkistan iqtisadiyyatına 9 milyard dollara yaxın sərmayə qoyacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cənubi Koreya Özbəkistan iqtisadiyyatına 9 milyard dollara yaxın sərmayə qoyacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Özbəkistan Prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçısı Şavkat Mirziyayev Cənubi Koreya Respublikasında rəsmi səfərdədir.

 

Reklam_3_11

Şavkat Mirziyayevin Koreya Respublikasının Prezidenti Mun Ce-in ilə görüşündə siyasi, ticari-iqtisadi, energetika, neft-qaz-kimya, maliyyə-bank, sərmayə qoyuluşu, elmi-texniki, tikinti, infrastrukturların inkişafı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi, beynəlxalq və regional problemlər ətrafında müzakirələr aparılıb.

 

Qeyd olunub ki, hazırda Cənubi Koreya Özbəkistanın ən böyük investorudur. Hazırda Özbəkistanda Koreya Respublikasının kapitalının iştirakı ilə 461 müəssisə fəaliyyət göstərir. 2017-ci ilin oktyabr ayınadək mal mübadiləsinin həcmi 1,3 dəfə artaraq, 1,1 milyard dollara çatıb.

 

Görüşün yekunu ilə bağlı bütün sahələri əhatə edən 75 sənəd imzalanıb.

 

Bildirilir ki, Cənubi Koreya Özbəkistan iqtisadiyyatına 8,9 milyard dollar həcmində sərmayə qoyacaq.

 

Səfər çərçivəsində Özbəkistan-Cənubi Koreya biznes forumu da keçirilib.

 

© Azərtac

23.11.2017 18:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ