“Karvan-L EKO” şirkəti balıqçılığı inkişaf etdirmək üçün Ağstafada 2 hektar süni göl yaradıb.
"Marja"nın məlumatına görə, şirkətin icraçı direktoru Zaur Hüseynov bildirib ki, yaxın günlərdə həmin gölə balıq buraxılacaq. Əsasən sazan, belamor balıq növləri artırılaraq əhaliyə satılacaq.
Ağstafada “Karvan-L EKO” sənaye parkı yaradılır. Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən ilkin olaraq ayrılmış 12,5 hektar ərazidə müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələri yaradılmışdır. Qısa vaxt ərzində sənaye parkında polietilən örtüklərin, plastik tullantıların təkrar emalı, xüsusi dəmir konstruksiyaların, dəmir dam örtüklərinin, şüşə və şüşə konstruksiyaların, plastik qapı-pəncərələrin, günəş enerjisi ilə dolan batareyaların, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri və bioorqanik kənd təsərrüfatı məhsulları yetişdirən istixana kompleksi tikilərək istifadəyə verilmişdir.