Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bakı Fond Birjası ADA-da seminar təşkil edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Fond Birjası ADA-da seminar təşkil edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

22 noyabr 2017-cı il tarixində Bakı Fond Birjası tərəfindən Azərbaycan Diplomatik Akademiyasinda (ADA) “Bilik mübadiləsi” layihəsi çərçivəsində “ Kapital Bazarları – MASTERCLASS” təlimi keçirilmişdir.

 

Reklam_3_11

Tədbiri açıq elan edən ADA-nın “Biznes məktəbi”-nin dekanı Elkin Nurməmmədov təlim iştirakçılarını salamlayaraq, Kapital Bazarları mövzusunda təlimlərin mütəmadi olaraq keçirilməsinin önəmliliyini vurğuladı və təşkilatçılara öz təşəkkürünü bildirdi. Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov “Kapital Bazarları- Masterclass” təlimlərinin BFB tərəfindən ali təhsil müəssisələrində mütəmadi keçirildiyini bildirərək, təşkil olunmuş tədbirin praktiki biliklərin tələbələr arasında təşviqinin vacibliyini qeyd etdi.

 

Təlim ərzində BFB-nin peşakar təlimçiləri olan Ticarət və Üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili və Biznesin İnkişafı qrupunun aparıcı mütəxəssisi Əli Orucov geniş təqdimatla çıxış etmişdir. Təqdimatlarda iştirakçılara maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları, qiymətli kağızları kütləvi ticarət olunan şirkət olmağın üstünlükləri, eləcədə “IPO” mövzuları barədə nəzəri və praktiki biliklərə dair geniş təqdimatla çıxış etmişlər. Mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.

 

Təlimlərin keçirilməsində məqsəd tələbələrə Azərbaycanda sahiblik düşüncə tərzinin formalaşdırılması, kapital bazarlarının təşviqi, kapital bazarlarına yönəlik gənc mütəxəssislərin hazırlanması istiqamətində nəzəri və praktiki yönümlü institutlar arasında sinerjinin təmin edilməsidir.

24.11.2017 06:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ