Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avropa bankı Azərbaycanın yolları üçün 500 milyon ayıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa bankı Azərbaycanın yolları üçün 500 milyon ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) gələn il Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılmasına dəstək olacaq.


Bunu EBRD-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Fransis Malij açıqlamasında deyib.


"EBRD gələn il Azərbaycanda çox böyük layihələrin icrasını nəzərdən keçirir. Bank Gəncədən Gürcüstan sərhədindəki "Qırmızı körpü"yədək olan avtomobil yolunun yenilənməsinə maliyyə vəsaiti ayırmağı düşünür. Həmçinin, Azərbaycanda ikinci dərəcəli yol şəbəkəsinin yaxşılaşdırılmasına investisiya yatırmağı davam etdirəcəyik", - deyə Bank rəsmisi qeyd edib.


F.Malij əlavə edib ki, EBRD gələn il də Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yerli kiçik və orta həcmli şirkətlər və banklarla işini davam etdirəcək: "2018-ci ildə icra ediləcək həmin yol infrastrukturu layihələrinin ümumi büdcəsi 300-500 mln. dollar arasında dəyişir".

 

© Report

24.11.2017 06:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ