Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bağlanan bank “Başak-İnam”a olan borcunu geri qaytarıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bağlanan bank “Başak-İnam”a olan borcunu geri qaytarıb

Bağlanan bank “Başak-İnam” sığorta şirkətinə olan borcunu qaytarmağa başlayıb. Söhbət iflas prosesində olan “Gəncəbank”dan gedir.

 

Reklam_3_11

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

Məlumatda bildirilib ki,  “Başak-İnam Sığorta Şirkəti” ASC-nin iflas prosesində olan “Gəncəbank” ASC  və “Zaminbank” ASC-dəki bank hesablarında pul vəsaitləri mövcuddur.“Başak-İnam Sığorta Şirkəti” ASC hər iki bankda kreditorlar siyahısında qeydə alınıb və kreditorların reyestri məhkəmə tərəfindən təsdiq edilib.
Hər iki bankla danışıqlar davam etdirilir. “Gəncəbank”ASC artıq “Başak-İnam Sığorta Şirkəti”nın  manat hesabında olan pul vəsaitini tam geri qaytarıb və yaxın zamanda qalan borcunu tranşlarla qaytarmağı planlaşdırır.

 

Palatadan bildilib ki, “Başak-İnam Sığorta Şirkəti” kreditorları qarşısında öhdəliklərini yerinə yetirmək üçün digər banklarda kifayət qədər pul vəsaitlərinə malikdir və Cəmiyyətin bütün sığorta növləri üzrə öhdəlikləri təmin ediləcəkdir.


Fins.az-ın əldə etdiyi məlumata görə, bankın sığorta şirkətinə ödədiyi məbləğin həcmi 500 min manata yaxındır.  Adı çəkilən hər iki bank üzrə ümumi borcun həcmi isə 1 milyon manat civarındadır.

 

© Fins 

24.11.2017 08:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ