Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Qiyməti 10 qəpik bahalaşsa, həvəs daha da artar”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qiyməti 10 qəpik bahalaşsa, həvəs daha da artar”

Noyabrın sonuncu həftəsinə az qalsa da, Neftçalada pambıq tarlalarında məhsul yığımı hələ də davam edir. Rayonda gün ərzində 100 tona yaxın məhsul yığan fermerlər pambığın qiymətinin bir qədər də artırılmasını istəyir.

 

Fermer Azad Əsgərov : “ Pambıq Azərbaycan üçün ən gəlirli sahələrdən biridir. Ona görə ki, hamı burda işlə təmin olunur. Bunun bir az qiyməti ucuzdur. 10 qəpik  qiyməti bahalaşsa insanlarda daha da buna qarşı həvəs artar”


Fermer Fəxrəddin Nəzirov:“ 20 hektara yaxın sahəmdə demək olar indi ikinci yığım başlayır. Yəqin ki, 20 sentnerdən çox məhsul əldə edəcəyik. Keçən il mən şəxsən 50 hektarda müqavilə bağlamışdım. Keçən ilki ilə bu ilki müqavilədə 14 hektar fərqim var. Məhsuldarlıq da keçən ildəkindən çoxdur.”

 

Rayonda bəzi sahələrdə pambıq 15 gün gec əkildiyindən kolların üzərində xeyli sayda qoza var. Fermerlər deyir ki, havalar əlverişli keçərsə həmin tarlalardan məhsul yığımı gecikməz. Proses davam edə-edə artıq indidən gələn il pambıq əkini üçün müqavilələrin bağlanmasına da başlanılıb.


Fəxrəddin Nəzirov :fermer:“ Üç yerdə pambıqçılarla müqavilə bağlayan təşkilatlar yaranıb. Bu il artıq mən 150 hektar MMC-lə müqavilə bağlamışam. İndidən onlar bizi lazım olan avadanlıqlarla təmin edirlər. Artıq şum başlanılıb. Əminəm ki, gələn il məhsulumuz bu ilkindən qat-qat çox olacaq”

 

Bu günə qədər rayon üzrə tarlalardan 10 min tondan çox məhsul yğılaraq məntəqələrə təhvil verilib.

24.11.2017 08:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ