Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Pambığın qozaları niyə açılmır?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pambığın qozaları niyə açılmır?

Füzulidə pambıq yığımı davam edir. Hazırda rayonda hər hektardan orta hesabla 15 sentiner məhsul əldə olunur.

 

Reklam_3_11

Lakin təsərrüfat sahələrinin bəzilərində yaranan problem bu göstəricinin iki dəfə artmasına mane olur.

 

Fermerlər bunu sahələrə səpdikləri dərmanın keyfiyyətsiz olması ilə əlaqələndirir.

 

Təsərrüfat sahibləri deyir ki, pambıq yığımının gecikməsi onun keyfiyyətinə də mənfi təsir edir.

 

Füzuli rayon İcra Hakimiyyətindən isə şifahi olaraq bildirildi ki, yaranan problemin səbəbi sahələrə səpilən dərmanlarda deyil, son günlər intensiv yağan yağışlardır. Düşən yağıntı dərmanların  təsir gücünü azaldıb. Nəticədə pambıq qozalarının açılması ləngiyib. Lakin buna baxmayaraq, tarlalarda yığım işi davam edir. Fermerlər əsasən əl yığımına üstnülük verir. Bu da öz növbəsində sakinlərin mövsümü işlə təmin olunmasına şərait yaradır.

 

Bu il Füzuli rayonu üzrə 2050 hektar ərazidə pambıq əkilib. Hazırda isə rayon üzrə 1800 tondan çox məhsul tədarük olunub. Qozaların açılması ləngidiyi üçün yığımın dekabr ayına qədər aparılacağı bildirilir.

 

© ARB

 

24.11.2017 09:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ