Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Çində dollar "xəbərdarlıq ilə" bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çində dollar "xəbərdarlıq ilə" bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Fitch" beynəlxalq reytinq agentliyi Çin banklarının mənfəət marjalarının 2018-ci ildə azalacağını, sərtləşdirilən məhdudiyyətlərin bank kapitallarına mənfi təsir göstərəcəyini, bunun da nəticədə kreditləşmə həcmini azaldacağını bildirib.

 

Reklam_3_11

"Bloomberg" agentliyinin verdiyi xəbərə görə, "Fitch" həmçinin, Çinin maliyyə sistemində başlanan tənzimləmə və sərtləşdirmə prosesinin ən çox kiçik banklara təsir edəcəyini qeyd edib.


Agentliyin açıqlamasında bildirilir ki, 2018-ci ildə Çin hökumətinin apardığı islahatlar kapital çatışmazlığı səbəbindən kiçik bankları böyük banklardan asılı vəziyyətə salacaq. Bununla yanaşı "Fitch", həcmi 19 trln. dollara çatan "kölgə bankçılığı"nın da Çin hökuməti tərəfindən sıx nəzarətə götürüləcəyini bildirib.


"Fitch"in açıqlamasından sonra bu gün səhər saatlarında Çində ABŞ dollarının məzənnəsi 0,45% yüksələrək 6,5750 yuandan 6,6050 yuana çatıb.

 

© Report

24.11.2017 10:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ